Главная > Siyasət > Yanukoviç barəsində qərar verildi: Həbs ediləcək

Yanukoviç barəsində qərar verildi: Həbs ediləcək


15-12-2016, 23:49.

Ukrayna məhkəməsi hərbi prokurorluğun tələbi ilə dövlətə xəyanətdə ittiham edilən keçmiş prezident Viktor Yanukoviç barəsində həbs qərarı çıxarıb.

Ukraynanın Baş prokuroru Yuri Lutsenko sosial media üzərindən açıqlamasında Yanukoviç ilə bağlı ittiham aktı üzərində prosesin davam etdirildiyini bildirib.

Lutsenko həmçinin qeyd edib ki, məhkəmə Yanukoviçin həbs tələbini qəbul edib.

Qeyd edək ki, Yanukoviç 2014-cü ildə Maydan hərəkatı nəticəsində devrilib. Bundan sonra o, Rusiyada özünə sığınacaq alıb.//axar.az

 


Вернуться назад