Главная > Aktual > Türkiyə hələbliləri xilas etdi

Türkiyə hələbliləri xilas etdi


15-12-2016, 21:32.

Tərəfimizdən göndərilən 20 avtobus Hələb şəhərindən Azad Suriya Ordusunun nəzarətindəki əraziyə daxil olub.

 

Axar.az xəbər verir ki, bunu Türkiyə Baş nazirinin müavini Veysi Kaynak deyib.

 

"Hələbdən İdlibə qədər yaradılmış təxliyyə dəhlizindən 20 avtobus keçib. Həmin maşınlar ASO-nun nəzarətindəki bölgələrə çatıblar. Təxliyyə edilənlər arasında 25-30 yaralı var. Bəzilərinin vəziyyəti ağırdır”, - nazir bildirib.

 


Вернуться назад