Главная > Baş Xəbər > Xəzərdə daha bir faciə – 10 neftçi itkin düşdü (SİYAHI)

Xəzərdə daha bir faciə – 10 neftçi itkin düşdü (SİYAHI)


15-12-2016, 10:11.

SOCAR mətbuat xidməti də faktı etiraf edib

Bu gün gecə saatlarında "Azneft” İstehsalat Birliyinin strukturuna daxil olan N.Nərimanov adına Neft və Qazçıxarma İdarəsinin 1-ci mədənindəki butka dənizə düşüb.

.

Bizimyol.info xəbər verir ki, bu barədə Neftçilərin Hüquqlarının Müdafiəsi Təşkilatı (NHMT) sədri Mirvari Qəhrəmanlı özünün "facebook” hesabında yazıb. O bildirib ki, budkada 10 nəfər işçi olub. Onlardan birinin cəsədi tapılıb, qalan 9 nəfər isə itkin düşüb. 

 .

Məsələ ilə bağlı SOCAR-dan bildirilib ki, 15.12.2016-cı il tarixində səhər saat 05.00 radələrində Xəzər dənizində 41 metr/saniyə sürəti ilə əsən güclü külək "Azneft” İB-nin N.Nərimanov adına Neft Qaz Çıxarma İdarəsinin 3 saylı Neft Yığım Məntəqəsinin sag və sol hissəsində yerləşən estakadanın uzunluğu təqribən 150 metr olan hissəsini dənizə uçurub.

 .

Estakadanın həmin hissəsi özü ilə birlikdə ona bitişik olan meydançanı və üzərindəki yaşayış budkasını da uçurmuşdur. İlkin məlumata görə, hadisə nəticəsində Neft Yığım Məntəqəsinin növbədə olan 5 nəfər və yaşayış budkasında olan 5 nəfər (cəmi 10 nəfər) əməkdaşı itkin düşüb.

.

İtkin düşənlər aşağıdakı şəxslərdir:

 .

1. Zülfüqarov Güloglan – maşinist 

2. Zülfüqarov Azay – operator 

3. Qurbanov Vidadi – operator 

4. Həsənov Elçin – mexanik 

5. Hacıəliyev Həsənağa – operator 

6. Qafarov İlham – operator 

7. Əsədov Samir – operator 

8. Bəhrəmov Cavid – operator 

9. Abbasov Ramiz – maşinist 

10. Rüstəmov Qorxmaz – operator 

Hadisə yerinə dərhal Fövqəladə Hallar Nazirliyi və Xəzər Dəniz Gəmiçiliyi İdarəsinin gəmiləri cəlb olunub. Axtarış-xilasetmə işləri davam etdirilir. FHN, SOCAR və "Azneft” İB-nin rəhbərliyi hadisə yerindədir. 

 .

Hadisənin araşdırılması məqsədi ilə birgə xüsusi komissiya yaradılıb. Araşdırmanın nəticələri barədə əlavə məlumat veriləcək. 

 


Вернуться назад