Главная > Problem > Naxçıvanda yumurtanın pərakəndə satışına limit qoyulub-VİDEO

Naxçıvanda yumurtanın pərakəndə satışına limit qoyulub-VİDEO


14-12-2016, 22:47.

"Naxçıvanda yumurtanın pərakəndə satışına 10 günə yaxındır ki, limit tətbiq edilib”. Bunu "Turan”ın bölgə müxbiri bildirib.

Onun sözlərinə görə,  hər bir şəxsə yalnız 30 ədəd yumurta verilir. Yumurta satışına nəzarəti Naxçıvan İqtisadi İnkişaf  Nazirliyinin əməkdaşları həyata keçirirlər.Nəzarət edilir ki, limitdən artıq yumurta alınmasın.


Mənbə deyir ki, Naxçıvan İqtisadi İnkişaf  Nazirlyinin ənməkdaşları limit tətbiq olunmasının səbəblərinə aydınlıq gətirmirlər: "Sual verəndə ki, Naxçıvanda broyler fabrikləri ola-ola niyə yumurtaya limit tətbiq edilir. Cavabları bu olur ki, "biz bilmərik”.

Mənbə bunu da bildirir ki, Naxçıvanda bir neçə broyler fabriki olsa da onların heç biri fəaliyyət göstərmir. 

Uluyol.info


Вернуться назад