Главная > Dünya > Ermənistanın Fövqəladə Hallar naziri öldü - FOTO

Ermənistanın Fövqəladə Hallar naziri öldü - FOTO


13-12-2016, 22:04.
Ermənistanın fövqəladə hallar naziri Armen Eritsyan ölüb. 

Musavat.com xəbər verir ki, bu barədə  Ermənistan mediasına "Nairi” Tibb Mərkəzinin anesteologiya və reanimasiya xidmətinin rəhbəri Anatoli Qnuni məlumat verib. 

Məlumata görə, erməni nazir tibb mərkəzinə elə bu gün huşsuz vəziyyətdə gətirilibmiş. 1960-cı ildə İrəvanda anadan olan, 24 fevral 2016-cı ildən fövqəladə hallar naziri təyin olunan Eritsyanın ölüm səbəbləri rəsmən açıqlanmasa da, onun onkoloji xəstəlikdən əziyyət çəkdiyi barədə xəbərlər var.
 
Cavid TURAN, musavat.com


Вернуться назад