Главная > Səhiyyə > Xurmanın insan orqanizminə təsiri

Xurmanın insan orqanizminə təsiri


13-12-2016, 22:27.

Hər gün 3 xurma yedi, bütün həyatı dəyişdi… Artıq 40 yaşında özünü 20 yaşıdakından daha sağlam və gümrah hiss edir….

Hər gün 3 xurma yedi, bütün həyatı dəyişdi… Artıq 40 yaşında, özünü 20 yaşıdakından daha sağlam və gümrah hiss edir…

Qurani-Kərimdə bir çox ayədə adı çəkilən xurmanın cənnət meyvəsi olduğu çox insana məlumdur. Lakin onun orqanizm üçün nə qədər əvəzedilməz nemət olduğunu hər kəs bilmir.

Uluyol.info "Sağlamhəyat"a istinadən xurmanın faydalarını təqdim edir:

1. İnsan özünü yorğun hiss etdiyi zaman və xüsusilə də zehni yorğunluq zamanı xurma yeməlidir.
Xurmanın sinir sisteminə müsbət təsiri var. Tərkibindəki B1 və B2 vitaminləri sinir sistemini sakitləşdirici xüsusiyyətlərə sahibdir.

2. Xurma, həmçinin öskürək, bəlğəm və sinə ağrıları zamanı da yaxşı təsir göstərir.
İsti yay günlərində həddindən çox yağlı yemək və su içməklə əlaqədar ishal və qusma kimi hallar meydana çıxa bilir. Bu zaman bədənin itirdiyi su, duz, natrium və kalium elementləri xurmanın tərkibində kifayət qədərdir.

3. Mütəmadi olaraq xurma yemək xərçəng xəstəliyinə tutulma riskini azaldır.
Tərkibindəki maqnezium elementi sayəsində bədənin bu xəstəliyə müqavimətinin artdığı, eləcə də prostat xərçəngində faydalı olduğu bilinir.

4. Xurma çəyirdəyini yandırıb gözünüzə çəksəniz, kiprikləriniz uzanar.
Xurma yemək isə gözləri qüvvətləndirir, parıldadır, "gecə korluğu”nun qarşısını alır.

5. Südvermə dövründə körpələrinə süd verən analar üçün də xurma olduqca faydalıdır.
O süd artırıcı xüsusiyyətlərə malikdir.

6. Xurma yemək bədəndəki pis xüsusiyyətli xolesterolu azaldaraq maddələr mübadiləsini normallaşdırır.

 



Вернуться назад