Главная > Dünya > Əfqanıstanın paytaxtı raket atəşinə tutuldu

Əfqanıstanın paytaxtı raket atəşinə tutuldu


21-12-2015, 23:00.
Əfqanıstanın paytaxtı raket atəşinə tutulub
 
Əfqanıstanın paytaxtı Kabil raket atəşinə tutulub.
 
APA-nın Reuters agentliyinə istinadən verdiyi məlumata görə, mərmilərdən ikisi ABŞ və İspaniya səfirliyinin ərazisinə, üçüncüsü isə şəhərin mərkəzinə düşüb.
 
Ölən və xəsarət alanlar barədə hələ ki, məlumat yoxdur.
 
Qeyd edək ki, dekabrın 21-də Baqram şəhərində, NATO bazası yaxınlığında terrorçu-kamikadzenin törətdiyi partlayış nəticəsində ABŞ-Əfqanıstan müştərək patrulunun 5 əsgəri həlak olub, 6-sı yaralanıb. Hadisəyə görə məsuliyyəti "Taliban” hərəkatı öz üzərinə götürüb

Вернуться назад