Главная > Kriminal > Kişi 10 il arvadını və 5 uşağını kölə kimi saxlayıb

Kişi 10 il arvadını və 5 uşağını kölə kimi saxlayıb


12-12-2016, 22:49.
Moskva polisi şokedici cinayətin üstünü açıb. Modern.az Rusiya mediasına istinadən xəbər verir ki, iş adamı 10 il öz ailəsini zorlayıb.

Məlumatda qeyd edilir ki, bu azmış kimi, o, dostlarını da axşam eyş-işrət məclislərinə dəvət edib.
47 yaşlı cinayətkarın qurbanları 47 yaşlı həyat yoldaşı, 10 və 18 yaşlarında iki qızı və 20 yaşlı oğlu olub.

Daha iki azyaşlı uşağı isə bu eyş-işrət gecələrinin şahidi olub.

Ailəsinə qarşı zorakılıq edənlə bağlı polisə 18 yaşlı qızı Alyona S. məlumat verib. O, bildirib ki, atası demək olar 3 yaşından onu təhqir edib, ailəyə qarşı zorakılıq isə 10 ildir davam edir.
Hadisə yerinə gələn qanun keşikçiləri  Alekseyin arvadını danışdırıblar.

Qadın deyib ki, o, özü uşaqlarla intim yaxınlıqda olub və tanışlarının da əylənməsinə şərait yaradıb.

"Qadının sözlərinə görə, əri həmişə onu və uşaqlarını polisə şikayət edəcəkləri təqdirdə öldürəcəyi ilə hədələyib. Sonradan 41 yaşlı Olqa S. etiraf edib ki, sadəcə, həyatına təhlükədən çəkinib və bu səbəbdən taleyi ilə razılaşıb”, - hüquq-mühafizə orqanlarındakı mənbə deyib.
Ailəsini 10 il boyunca zorlayan ata bu əməli törətdiyi mənzildə yaxalanıb.

Вернуться назад