Главная > Media > AyMobi.Com saytının 1 yaşı tamam oldu

AyMobi.Com saytının 1 yaşı tamam oldu


12-12-2016, 18:00.
Dekabrın 12-si AyMobi.Com xəbər portalı  ad gününü qeyd edir. 2015-ci il Dekabrın 12-si onlayn xəbər saytı kimi fəaliyyətə başlayan AyMobi.Com ötən 1 il müddətində özünəməxsus  imic formalaşdırmağı bacarıb. 


AyMobi.Com-un baş redaktoru Şahlar Ağalarov bildirib ki, saytın fərqli təqdimatları, layihələri, Azərbaycanda baş verən hadisələrə qərəzsiz, obyektiv yanaşma tərzi,  oxucu auditoriyası tərəfindən daim müsbət qarşılanıb. 


"Bu il ərzində çalışmışıq ki, təqdim etdiyimiz materiallarla oxucularımızı razı salaq, onların hörmətini qazanaq. Heç vaxt sensasiya və reytinq dalınca qaçmadıq. Bu 1 il ərzində oxuculara yalnış məlumat vermədik, sifarişli yazılar, milli maraqlara zidd olan materiallar dərc etmədik. Oxucu zövqünü korlayacaq ucuz əyləncə, bayağı şou yazılarından uzaq qaldıq. Bəzən bununla problemimiz olsa da, tutduğumuz yol ümumilikdə oxucularımız tərəfindən  yüksək dəyərləndirildi. Bu gün onun nəticəsidir ki, AyMobi.Com yalnız tanınan sayt kimi deyil, həm də inanılan və etibarlı KİV olaraq qəbul edilir.


Təbii ki, hər zaman oxucunun zövqünü oxşamaq da çətindir. O, səndən hər gün yeni xəbərlər, özəl materiallar, səs-küy doğuran yazılar, fərqli təqdimatlar tələb edir. Təəssüf ki, bir çox hallarda imkanlarla istəklər üst-üstə düşmür. Bu səbəbdən də nəzərdə tutduğumuz projelərin bəzilərini gerçəkləşdirə bilmirik”,-deyə baş redaktor əlavə edib.


Baş redaktorun sözlərinə görə, AyMobi.Com saytı həm də jurnalistikaya ilk dəfə başlayanlar üçün bir məktəb olub: "Biz də çalışacağıq ki, bu məktəbdən keçən gənc jurnalistlər dövlətçilik ənənələrinin qorunmasına töhfə versinlər.

Вернуться назад