Главная > Araşdırma > DTX-nın həbs etdiyi “reket jurnalist” həm də seçki məntəqəsinin sədri imiş

DTX-nın həbs etdiyi “reket jurnalist” həm də seçki məntəqəsinin sədri imiş


8-12-2016, 14:35.

Dövlət Təhlükəsizliyi Xidmətinin dekabrın 6-da keçirdiyi əməliyyatda saxlanılan "Gündəlik Bakı” qəzetinin baş redaktoru Habil Vəliyev həm də seçki məntəqələrindən birinin sədri imiş. Bu barədə Modern.az məlumat yayıb.

Məlumatda deyilir ki, əslənZəngilanın Həkəri kəndindən olan H.Vəliyevin adı hazırda da125 saylı Zəngilan-Qubadlı Dairə Seçki Komissiyasının (DSK) 6 saylı Seçki Məntəqəsində sədr olaraq keçir.

Sayt bundan başqa H.Vəliyevin Müşfiqabad qəsəbəsində məcburi köçkünlər üçün salınan şəhərciyin 10-cu binasında 4 otaqlı mənzili olduğunu da yazıb. Məlumata görə, o, həmin mənzili köçkün kimi qeydiyyata düşərək alıb. Amma 3 ildir mənzildə yaşayış yoxdur.




Вернуться назад