Главная > GÜNDƏM > Səlim Müslümov gənc blogerin videosuna reaksiya verdi

Səlim Müslümov gənc blogerin videosuna reaksiya verdi


7-12-2016, 23:20.

"Bakıdakı bütün villalar mənimdir. Kim istəyir şəkillərini çəksin və altından da dediklərimi yazsın”.

"Report” xəbər verir ki, bunu jurnalistlərə açıqlamasında əmək və əhalinin sosial müdafiəsi naziri Səlim Müslümov Bakıda dəbdəbəli villasının olması ilə bağlı yayılan videoya münasibət bildirərkən deyib.

O, belə şər-böhtanlara baş qoşmadığını bildirib: "Biz öz işimizlə məşğuluq”. 

Qeyd edək ki, üç gün əvvəl gənc bloger Mehman Hüseynov beşmərtəbəli imarətin videosu yayıb. Tikintisi tam başa çatmamış həmin villanın əmək və əhalinin sosial müdafiəsi naziri Səlim Müslümova məxsus olduğunu bildirib.

"Nəhayət ki bugün Əmək və əhalinin sosial müdafiəsi naziri Səlim Müslümov mənim sualıma və çəkdiyim videoreportaja münasibət bildirib. Jurnalistlər onu tutub, yeni tikilən villası haqda sual veriblər. Kişinin oğlu nə desə yaxşıdı? Nazir… sualdan yayınmaq üçün deyib ki, "Bakıda bütün villalar mənimdi” – Bu sözləri isə özünün feysbuk səhifəsində Mehman Hüseynov Səlim Müslümovun açıqlamasını şərh edərkən yazıb. 

"BÜTÜN VİLLALARINI ÇƏKƏCƏYİK”

"Ay nazir, kişi kimi deyə bilmirdin ki təqaüdçülərdən, əlillərdən, şəhid ailələrindən oğurladığım pullar ilə tikmişəm bu sarayları?.. Deyirsən ki "Əsas odur ki biz öz işimizlə məşğuluq!”. Mənə çox maraqlıdı sizin işinizin adı nədi, deyə bilərsiz? Yadınızdan çıxıbsa qoy xatırladım, ay cənab Səlim Müslümov sizin işinizin adı xalqa xidmət eləməkdir, xalqın qayğısına qalmaqdır. Amma sizin hal hazırda gördüyünüz işin adı isə oğurluqdur, qanunsuzluqdur, saxtakarlıqdır!” – Mehman Hüseynov yazıb.

Odur ki, nazir Səlim Müslümova şad xəbərim var! Bugün həmişə yanımda olan öz kamera dostlarım ilə yığışıb məsləhətləşdik və qərara gəldik ki Səlim Müslümovun ölkədə olan bütün mülklərini, biznes şəbəkələrini, vətəndaşlara qarşı edilən haqsızlıqları bir bir hamsını çəkib xalqımıza göstərək…” – Mehman Hüseynov yazıb. //bastainfo


Вернуться назад