Главная > Maraqlı > Vatikan radiosu bəşəriyyətə şifrəli çağırış etdi? - Sirli fotolar...

Vatikan radiosu bəşəriyyətə şifrəli çağırış etdi? - Sirli fotolar...


6-12-2016, 21:04.

Dünən Vatikan radiosunun saytında qəribə olay baş verib. 

 

Dekabrın 5-də axşam radionun saytında 8 fotodan ibarət qəribə və sirli kollaj dərc edilib. Hər bir fotoda, sadəcə uyğun tarix və latın dilində qısa yazılar verilib. Ən qəribəsi odur ki, cəmi 2 saatdan sonra həmin kollaj saytdan silinib. Təbii ki, bu müddətdə ictimaiyyət onu skrinşot edə bilib.  

Artıq konspiroloqlar Yer üzündəki ictimai-siyasi, iqtisadi və hərbi proseslərdə önəmli rol oynayan Roma Papasının tabeliyində olan bir radionun dərc etdiyi bu kollajdakı şifrələri açmağa çalışır. Ekspertlər hesab edir ki, Vatikan radiosunun əməkdaşlarından biri dünya ictimaiyyətinə hansısa  gizli məlumatı çatdırmağa çalışıb. Onlar inanır ki, hər bir foto  özündə şifrəli məna daşıyır və onların hamısı bir yerdə bəşəriyyətə hansısa ciddi məlumat ötürmək məqsədi güdür. 

 

Sözügedən şifrəli kollajı oxuculara təqdim edirik. Fotolardakı şifrələnmiş məlumatların açmasını növbəti yazılarımızda nəzərinizə çatdırmağa çalışacağıq.//moderator

 

 

Uluyol.info

 


Вернуться назад