Главная > Kriminal > Bakıda 19 yaşlı gənc özünü öldürdü

Bakıda 19 yaşlı gənc özünü öldürdü


6-12-2016, 20:41.

Bakının Sabunçu rayonunda intihar hadisəsi baş verib.

Uluyol.info teleqraf.com-a istinadən xəbər verir ki, Ramana qəsəbəsi, Şuşa şəhərciyində 1997-ci il təvəllüdlü Çərkəz Muradov yaşadığı evin həyətinin hasarından özünü kəndirlə asıb.

Meyiti ailə üzvləri aşkar ediblər.

İntiharın səbəbi məlum deyil. Faktla bağlı Sabunçu rayon Prokurorluğunda Cinayət Məcəlləsinin 125-ci (özünü öldürmə həddinə çatdırma) maddəsi ilə cinayət işi başlanıb.
Вернуться назад