Главная > Problem > Alimlər: Gecə saatlarında işləmək müsbət nəticə verməyəcək

Alimlər: Gecə saatlarında işləmək müsbət nəticə verməyəcək


6-12-2016, 16:04.

Alimlər iddia edirlər ki, prostat vəzin xərçənginin yaranması gecə saatlarında işləmək ilə əlaqədardır. 

Kvebek universitetinin tədqiqatçılarının araşdırmalarına görə, gecə saatlarında işləyən kişilərdə, gündüz növbəsində işləyən kişilərə nisbətən prostat vəzinin xərçənginin yaranma riski 3 dəfə artıq olduğu aşkar edilib. Onlarda həmçinin bağırsaq, sidik kisəsi, ağciyər xəstəliklərinin inkişafetmə riski də yüksəkdir.

Uluyol.info MIGnews-a istinadən xəbər verir ki, əvvəlki tədqiqatlar qadınların da gecə saatlarında işləməyin qurbanı ola biləcəyini göstərib, belə ki, onlarda süd vəzisinin xərçəngi inkişaf edə bilər. 

Mütəxəssislər gecə növbələri melatonin – yuxu və gümrahlıq rejimini tənzimləyən hormonun məhv edilməsi üzündən orqanizmə zərər vurur. 


Вернуться назад