Главная > Aktual > Dolları liraya çevirənlərə hədiyyə paylanır

Dolları liraya çevirənlərə hədiyyə paylanır


6-12-2016, 16:35.

Prezident Recep Tayyip Erdogan insanların xarici valyuta ilə saxladıqları əmanətlərini, dəyəri düşməkdə davam edən liraya çevirməsini istəyir.

İlin əvvəlindən bu yana lira dollara qarşı dəyərinin beşdə bir hissəsini itirib.

O deyib ki, 15 iyul çevrilişinə cəhd edənlər indi də iqtisadi təxribat törətmək istəyirlər.

Lakin bəzi analitiklərə görə, buna səbəb, hökumətin çevriliş cəhdindən sonrakı sərt təzyiqləridir.

Prezidentin çağırışı bəzi kiçik biznesləri, müştəriləri pul mübadiləsi etsin deyə, sövqedici amillər yaratmağa həvəsləndirib.

Daily Sabah internet səhifəsinə əsasən, paytaxt Ankarada bir balıq satıcısı, 100 dolları yerli məzənnəyə çevirdiyini göstərən müştərilərə, 1kq pulsuz siyənək balığı təklif edir. Başqa bir yerdə pulsuz yemək verilir. Bir saç ustası isə 300 dolları milli valyutaya çevirənlərin saçını pulsuz kəsir.

Liranın dəyərinin yüksəlməsi üçün stimul verici kampaniyaya qoşulan bizneslər məbləğlər qədər müxtəlifdir.

Şimal-qərbdə yerləşən Bursa əyalətində mərmər ustası işləyən bir şəxs, 2000 dolları liraya çevirənlərə pulsuz başdaşı təklif edir.

"Biz hətta, başdaşını qəbiristanlığa gətirib yerləşdirə bilərik, "Enes Alan Hurriet Daily News-a deyib.

O, liranı "qorumaq” istədiyini əlavə edib.

"Ümid edirəm ki, insanlar problemlərini öz səyləri gücünə həll edə bilərlər… Biz ölkəmizi və iqtisadiyyatımızı qoruyacağıq. Onu tək qoymayacağıq.”

(BBC azeri)


Вернуться назад