Главная > Video xəbər > Türkiyə “Göytürk“ü kosmosa göndərdi - Video

Türkiyə “Göytürk“ü kosmosa göndərdi - Video


5-12-2016, 20:07.
Bu gün Türkiyə kəşfiyyat peyki "Göytürk-1" Fransa Qvineyasından kosmosa buraxıb.

Axar.az xəbər verir ki, yüksək dəqiqliyə malik Göytürk-1 Türkiyənin Silahlı Qüvvələrinin kəşfiyyat ehtiyaclarını təmin edəcək. Peykin dövretmə periodu 90 dəqiqə təşkil edəcək.

Fransa istehsalı olan peyk ildə 60 mindən çox görüntünü Yer kürəsinə göndərəcək.

Peykin kosmosa buraxılması ilə bağlı keçirilən təntənəli mərasimdə Türkiyə Prezidenti Rəcəb Tayyib Ərdoğan da iştirak edib.


Вернуться назад