Главная > Dünya > İraq ordusu Mosulun şimalında səkkiz kəndi azad edib

İraq ordusu Mosulun şimalında səkkiz kəndi azad edib


6-12-2016, 00:32.

Bu gün İraq ordusu Mosulun şimalında yerləşən daha səkkiz kəndi İŞİD terrorçularından təmizləyib.

 

Musavat.com "Reuters" agentliyinə istinadən xəbər verir ki, məlumatı Mosulu azad etmək üçün aparılan əməliyyatların komandanlığı da təsdiqləyib.

 

Hərbçilərin məlumatına görə, geniş hərbi əməliyyatda İraq ordusunun 17-ci quru qoşunları diviziyası iştirak edir. Azad edilən məntəqələrdən başqa, hərbçilər tərəfindən dörd yeraltı tunel də aşkar edilərək təhlükəsizləşdirilib.


Вернуться назад