Главная > Region > Bakıda fəaliyyət göstərən taksi sürücülərinin diqqətinə

Bakıda fəaliyyət göstərən taksi sürücülərinin diqqətinə


5-12-2016, 21:52.

Bakıda fəaliyyət göstərən taksilərdə taksometrlər quraşdırılacaq.

 

Bu barədə Bakı Nəqliyyat Agentliyinin ictimai əlaqələr və maarifləndirmə şöbəsinin sektor müdiri Mais Ağayev AzərTac-a eksklüziv müsahibəsində deyib.

 

O bildirib ki, hazırda taksilərin parklanması üçün ərazilərin müəyyənləşdirilməsi işləri aparılır. Bu günə qədər Bakı şəhərində mövcud olan 160 taksi dayanacağından 79-u pasportlaşdırılıb. Bu zaman əsas şərt kimi həmin dayanacaqların yerləşdikləri ərazilərdə taksilərin tıxaca səbəb olmaması götürülür.

 

M.Ağayev qeyd edib ki, taksilərə fərqlənmə nişanı verilməsi təmin edildikdən sonra isə gələcəkdə taksilərdə taksometrlərin quraşdırılmasına başlanılacaq.

 


Вернуться назад