Главная > Müsahibə > “İnterAz”-ın peyk yayımı dayandırılıb — “Azərkosmos” ASC-dən AÇIQLAMA

“İnterAz”-ın peyk yayımı dayandırılıb — “Azərkosmos” ASC-dən AÇIQLAMA


5-12-2016, 16:52.

"Azərkosmos” Açıq Səhmdar Cəmiyyəti (ASC) "İnterAz” televiziya kanalının "Azerspace-1” peyki üzərindən yayımının dayandırılması məsələsinin aydınlıq gətirib.

"Azərkosmos” ASC-nin mətbuat xidmətindən Ölkə.Az-a verilən məlumata görə, "İnterAz”-ın "Azerspace-1” peyki ilə yayımı dayandırılıb:

"Bunun hər hansı səbəbi yoxdur. Sadəcə olaraq, "İnterAz”-ın peyk yayımı dayandırılıb”.

"Azərkosmos” ASC-dən "İnterAz”-ın peyk yayımının nə zaman bərpa olunacağı ilə bağlı heç bir məlumat verilməyib:

"Bu məsələ ilə bağlı hər hansı yenilik olarsa, ictimaiyyətə məlumat veriləcək”.

Xatırladaq ki, bu ilin oktyabrından bəri İnterAz” televiziya kanalının "Azerspace-1” peyki üzərindən yayımı dayanıb. Yayılan məlumata görə, "İnterAz” TV-nin "Azərkosmos” ASC-yə 75 min dollar borcu yaranıb.

Şirkət isə həmin vaxtı bu məlumatı təkzib edərək, yayımın dayanmasının sırf texniki problemlə bağlı olduğunu və yaxın günlərdə fəaliyyətinin bərpa olunacağını bildirmişdi.


Вернуться назад