Главная > Islam > İmamın cümə mesajı sosial medianı qarışdırdı-FOTO

İmamın cümə mesajı sosial medianı qarışdırdı-FOTO


5-12-2016, 10:47.

Çanaqqalanın Bayramiç mahalının Gedik kəndindəki imamı A.Y. özünə aid sosial media hesabı olan "Facebook”unda "Xeyirli cümələr. Cüməniz mübarək olsun! Cüməyə getməyən kişilər bacımsınız” paylaşaraq böyük səs-küy yaradıb.

"Din.az”ın Türkiyə mediasına istinadən verdiyi məlumata görə, imam A.Y. böyük reaksiyaya səbəb olan mesajını sildikdən sonra daha birini də yayımlayaraq üzr istəyib.

Paylaşıma reaksiya verən vətəndaşların bəziləri yazılanlardan təsirlənərək gələn cümə namazlarını Gedik kəndində qılmağa qərar verib. Lakin bəzi sosial media istifadəçiləri isə imama dəstək olub.

İmam A.Y. daha sonra yazdığı mesajını silib.

Vətəndaşların aldığı bu qərar qarşısında imam Y. feysbukunda başqa bir yazı paylaşıb: "Bu cümə günü bütün dostlarımızı Gedik Məscidində gözləyirəm. Camaatımız azacıq bol olsun”.

Üzr istədi…

İmam A.Y. reaksiyaya səbəb olan mesajını sildikdən sonra daha bir mesaj da yayımlayıb və üzr istəyib. İmam A.Y. bunları yazıb:

"Sosial media vasitəsi ilə Cümə günü yazmış olduğum mesaj həddini aşan bir paylaşım olmuşdur. Məqsədim kimsəni incitmək və ya təhqir etmək deyildi. Bu səbəbdən dini ayinləri yerinə yetirən bir şəxs olaraq etdiyim paylaşıma görə bütün təqibçilərimdən və ictimaiyyətdən üzr istəyirəm, hörmət edirəm”.

 57f26b3f0f25444fd097223a


Вернуться назад