Главная > Cəmiyyət > Məşhur azərbaycanlı politoloq vəfat etdi

Məşhur azərbaycanlı politoloq vəfat etdi


5-12-2016, 13:14.

Azərbaycanlı ictimai xadim, Rusiya İslam Komitəsinin sədri, ilahiyyatçı və filosof Heydər Camal vəfat edib.

 

Barədə informasiya məşhur politoloqun facebook səhifəsində yer alıb.

 

70 yaşlı H. Camalın vəfatı haqqında təfərrüatlar yoxdur.

 

O,  6 noyabr 1947-ci ildə Moskvada doğulub. Onun rəhbəri olduğu Rusiya İslam Komitəsi ötən əsrin 90-cı illərində yaranıb.

 

H. Camal dəfələrlə birmənalı qəbul edilməyən bəyanatlarla çıxış edib. Bəzi çıxışlarında o, terrorçu-kamikadzelərin əməllərini dolayısı olaraq təqdir edib. O, həmçinin 1990-1994-cü illərdə fəaliyyət göstərmiş İslam Dirçəliş Partiyasının yaradıcılarındandır. Heydər Camal bir neçə kitabın müəllifidir.

 

Əslən azərbaycanlı olan bu şəxs Rusiyada Azərbaycanın əsas müdafiəçilərindən sayılırdı.//bakupost


Вернуться назад