Главная > İdman > Qarabağ dekabrın 8-i “Fiorentina” ilə qarşılaşacaq

Qarabağ dekabrın 8-i “Fiorentina” ilə qarşılaşacaq


4-12-2016, 23:13.

UEFA Avropa Liqasının qrup mərhələsinin sonuncu turunda "Qarabağ” – "Fiorentina” ilə qarşılaşacaq. Apasport.az saytının məlumatına görə, ağdamlılar üçün taleyüklü matçın biletləri sabahdan satışa çıxarılacaq.

 

Azarkeşlər biletləri oyunun keçiriləcəyi Tofiq Bəhramov adına Respublika stadionunun kassalarından ala biləcək. Biletin qiyməti sektorlardan asılı olaraq 1, 2, 5, 10, 20 və 50 manat arasında dəyişəcək.

 

Qeyd edək ki, Ağdam klubunun qrupdan çıxması üçün mühüm əhəmiyyət daşıyan bu oyun dekabrın 8-i, Bakı vaxtı ilə saat 20.00-da başlanacaq.

 

Uluyol.info


Вернуться назад