Главная > GÜNDƏM > Kastronun vəsiyyəti açıqlandı: "Adım əbədiləşdirilməsin"

Kastronun vəsiyyəti açıqlandı: "Adım əbədiləşdirilməsin"


4-12-2016, 20:53.

Kubanın inqilabçı lideri Fidel Kastroya heykəl ucaldılmayacaq, adı əbədiləşdirilməyəcək. 

 

 Teleqraf.comxəbər verir ki, bu barədə mərhum prezidentin külünün dəfn mərasimində hazırkı prezident Raul Kastro bildirib. 

 

O, qeyd edib ki, qardaşı ölümündən bir neçə saat öncə ona son vəsiyyətini edib: "heykəl istəmirəm, adıma heç bir küçə, park, təhsil ocağı olmasın". 

 

Raul Kastro qardaşının vəsiyyətinin qanuniləşdiriməsi üçün Kuba Milli Məclisinin çağırılacağını deyib.


90 yaşında dünyasını deyişən Kastro bu gün dəfn olunub. 


Вернуться назад