Главная > Maraqlı > Bu telefonlarda “WhastApp” işləməyəcək

Bu telefonlarda “WhastApp” işləməyəcək


4-12-2016, 20:41.

Androidlərin köhnə versiyalarına "WhatsApp” dəstəyi verilməyəcək.

 

Lent.az xəbər verir ki, sosial media nəhəngi olan Facebook-un sahibi olduğu "WhatsApp” artıq "iOS6”, "Windows Phone 7”, "Android 2.1” və "Androis 2.2” proqram təminatlı telefonlarda dəstəklənməyəcək.

 

Bildirilib ki, yenilənmiş "WhatsApp” həmin proqramlarla təmin edilmiş telefonlarla uyğunlaşmır. Və 2016-cı ilin sonunda yuxarıda qeyd edilən proqram təminatlı mobil cihazlardan "WhatsApp”a daxil olmaq mümkün olmayacaq.

 

Bundan başqa 2017-ci ilin ortalarınadək "BBOS” və "BlackBerry 10” proqram təminatlı cihazlardan "WhatsApp”a giriş mümkünsüz olacaq.


Вернуться назад