Главная > Dünya > İranın informasiya agentliyi Rusiyada öz nümayəndəliyini açmaq istəyir

İranın informasiya agentliyi Rusiyada öz nümayəndəliyini açmaq istəyir


4-12-2016, 19:47.

İranın "Fars" agentliyi 2017-ci ildə Rusiyada öz nümayəndiliyini açmağı planlaşdırır. 

 

Musavat.com xarici KİV-lərə istinadən xəbər verir ki, bu barədə məlumatı holdingin başçısı Seyid Nizameddin Musəvi açıqlayıb.

 

Musəvi jurnalistlərlə görüşündə qərarı ilə bağlı bunları deyib: "Rusiya bizim üçün çox mühüm ölkədir. Son vaxtlar hər iki ölkə arasında mühüm yaxınlaşmalar baş verib. Biz gələn il Moskvada nümayəndəliyimizi açıb, rus dilində də fəaliyyət göstərmək istəyirik".

 

Musəvi bütün bunlarla yanaşı müəyyən çətinliklər olduğunu da qeyd edib. O, buna misal olaraq maliyyə və viza problemlərini göstərib.

 

Aygün, musavat.com


Вернуться назад