Главная > Siyasət > Trampın prezidentliyinə olan təhlükə sovuşur?
Trampın prezidentliyinə olan təhlükə sovuşur?4-12-2016, 12:03. |
1 ştatda səslərin təkrar sayılmasından imtina edildi ABŞ prezidentliyinə keçmiş namizəd
Cill Stayn Pensilvaniyada səslərin təkrar hesablanmasından imtina edib. Qeyd edək ki, Yaşıllar Partiyasından namizəd Cill Stayn səslərin Viskonsin, Miçiqan və Pensilvaniyada təkrar sayılmasını tələb edirdi. Əgər bu 3 kritik ştatda nəticə Klintonun xeyrinə dəyişsəydi, Trampın prezidentliyi təhlükə altına düşəcəkdi. Staynın bu müraciətindən sonra
Tramp da rəqibi Hillari Klintona verilən səslərdən milyondan artığının saxta
olduğunu bildirmiş, keçmiş namizədin təşəbbüsünü dələduzluq adlandırmışdı. Noyabrın 8-də ABŞ-da keçirilən prezident seçkisində Respublikaçılar Partiyasının namizədi Donald Tramp qalib gəlib. ABŞ-da prezidenti ştatların müəyyənləşdirdiyi xüsusi nümayəndələrdən ibarət Seçicilər Kollegiyası seçir. Prezidentlik üçün 538 nümayəndədən 270-nin səsini qazanmaq lazımdır. Tramp 306, Klinton isə 232 səs toplayıb.
Gültəkin, azadliq.info
Вернуться назад |