Главная > GÜNDƏM > Özbəkistanda prezident seçkiləri baş tutmuş sayılır

Özbəkistanda prezident seçkiləri baş tutmuş sayılır


4-12-2016, 10:53.

Özbəkistanda keçirilən prezident seçkilərində saat 11:00-dək seçicilərin 33,73 faizi səs verib.

 

Trend-in MSK-nın elektron monitorinqinə istinadən verdiyi məlumata görə, Özbəkistanın qanunvericiliyinə əsasən, əgər seçicilərin 33 faizdən çoxu iştirak edibsə, seçkilər baş tutmuş sayılır.

 

Saat 06:00-da öz işinə başlayan seçki məntəqələri 20:00-da bağlanacaq.

 

Səsvermə prosesi davam edir.

 


Вернуться назад