Главная > Siyasət > “Putinə dedim ki, mən nə alıramsa rus rublu ilə sən də nə alırsansa türk lirəsi ilə al” – Ərdoğan dollar şantajına qarşı

“Putinə dedim ki, mən nə alıramsa rus rublu ilə sən də nə alırsansa türk lirəsi ilə al” – Ərdoğan dollar şantajına qarşı


3-12-2016, 23:18.

"Gəlin bir anda dollarlar və  avrolarımızı türk lirəsinə çevirək. Bizi yıxmaq, zəiflətmək istəyənlərə qarşı pullarımızı türk lirəsinə çevirərək cavab verək.”

Avropa.info xəbər verir ki, bu sözləri Türkiyə prezidenti Rəcəb Tayyib Ərdoğan deyib. Ərdoğan dolların türk lirəsinə nisbətdə bahalaşmasını təbii bir proses olmadığını, Qərb dövlətlərinin bəzi ölkələrin, o cümlədən Türkiyənin iqtisadiyyatını çökdürməkdən ötrü atdığı bir addım olduğunu deyib.

"14 ildir həyata keçirdiyimiz iqtisadi layihələr 15 iyul hadisəsi kimi böyük fırtınadan sağlam çıxmağımıza səbəb oldu. 15 iyulun səhərisi günü mənim millətim 2.5 milyon dolları evindən çıxarıb bazara qoydu. İndi bunun davamını gözləyirəm. Bu proseslər keçicidir. Gəlin bir anda dollarlar və  avrolarımızı türk lirəsinə çevirək. Bizi yıxmaq, zəiflətmək istəyənlərə qarşı pullarımızı türk lirəsinə çevirərək cavab verək.

Mən Rusiya prezidenti Putinlə də danışdım. Putinə dedim ki biz mübadiləni  yerli valyuta ilə edək. Mən nə alıramsa rus rublu ilə alım, sən də nə alırsansa türk lirəsi ilə al. Eyni şeyi Çinə də dedim. Qəbul etdilər, hamımız Mərkəzi Banklarımıza göstəriş verdik” deyə Türkiyə prezidenti qeyd edib.


Вернуться назад