Главная > Baş Xəbər > “Təhsil hakimiyyətin vecinə də deyil” – Ekspert

“Təhsil hakimiyyətin vecinə də deyil” – Ekspert


3-12-2016, 19:28.
Azərbaycanda məktəbəqədər uşaq bağçalarında müştərək maliyyələşmə mexanizmi tətbiq oluna bilər. 

Bu barədə maliyyə naziri Samir Şərifov məlumat verib.

Onun sözlərinə görə, böyük maliyyə vəsaitlərini cəlb etmək imkanına malik qurumlarda korporativ idarəetmə standartları tətbiq olunmalıdır.

"Biz artıq bazar iqtisadiyyatına keçmişik. Dövlət üzərinə sosial yükü götürüb. Bu da ölkə prezidentinin apardığı siyasətdir. Sosialyönümlü siyasət üstünlük təşkil edəcək. Lakin bəzi xərclərin dövlətlə əhali arasında bölüşdürülməsi, eyni zamanda, həmin xərclərin düzgün, səmərəli həyata keçirilməsinə ictimai nəzarətin tətbiqinə gətririb çıxarır. Hazırda pullu və dövlət büdcəsi hesabına maliyyələşən bağçalar var. Burada müştərək maliyyələşmə prinsipləri tətbiq oluna bilər", - deyə nazir qeyd edib.

Əjdər Ağayev: "Yoxsul təbəqə çətin duruma düşəcək”

Azərbaycan Təhsil Şurasının sədri, professor Əjdər Ağayev Topltum Tv-yə bildirib ki, bu yenilik ölkə üçün faydalı olmayacaq: "Təbii ki, kapitalist cəmiyyətdə, bazar iqtisadiyyatının hökm sürdüyü ölkədə insanlar siniflərə ayrılırlar. Belə halda yoxsulların varlığı nəzərdə tutulmalıdır. Əgər bağçalar pullu olarsa, yoxsul təbəqə çətin duruma düşəcək. Qaz, işıq tariflərinin qalxdığı, bahalaşma getdiyi bir vaxtda, bu yenilik əhalini sosial cəhətdən olduqca çətin duruma salır.
Картинки по запросу əjdər Ağayev
Buna görə də dövlət məktəbəqədər təhsili özü maliyyələşdirməlidir. Varlı təbəqəyə aid insanlar özəl məktəbəqədər təhsil müəssələrində müraciət edə bilərlər, bu praktika Azərbaycanda artıq bir müddətdir mövcuddur. Ancaq dövlət bağçalarının özəlləşdirilməsi, və ya məktəbəqədər təhsilin pullu edilməsi əhalinin böyük əksəriyyətinə xeyir deyil. Bu barədə aydın düşüncəyə əsaslanan təhlillər aparılmalıdır və bütün məktəbəqədər təhsil müəssələrinin ödənişli olmasının qarşısı alınmalıdır. Bu ona görə vacibdir ki, Konstitusiyada dövlət vətəndaşlara təhsil hüququ verir və onların təhsil almaq haqqını təmin edir”. 

Nabatəli Qulamoğlu: "Bunun yükünü Azərbaycan xalqı çəkəcək”

Təhsil eksperti Nabatəli Qulamoğlu bildirib ki, bu addımlar maliyyə problemlərini vətəndaşların hesabına həll etməyə hesablanıb: "Konstitusiyada ümumi orta təhsilin pulsuz olması öz əksini tapıb, amma məktəbəqədər təhsilisin pulsuz olmağı haqda müddəa yoxdur. Bəs niyə indiyə kimi niyə məktəbəqədr təhsil pulsuz idi, indi isə pullu edilir? Məqsəd dövlətin maliyyələşdirdiyi təhsil və digər sahələrin əsas yükünün vətədanşların üstünə qoymaqdır, maliyyə problemlərinin vətəndaşların hesabına həll etməkdir. Bu gün bu, özünü göstərir: TQDK qəbul imtahanlarını pullu edir. Bu tendensiyalar göstərir ki, Azərbaycan büdcəsi azaldıqca, bunun yükünü Azərbaycan xalqı çəkəcək. Hələ məlum deyil, məktəbəqədər təhsil haqqı necə hesablanacaq, amma hər bir halda bu Azərbaycan xalqının sosial durumunu çətinləşdirəcək və təhsilin inkişafına yardım etməyəcək. Azərbaycanda təhsil nəinki potensial sahə deyil, əksinə, heç hakimiyyətin vecinə də deyil. Bu qərar da bu qəbildəndir”. 
Картинки по запросу nabatəli arqument.az
Xatırladaq ki, parlament komitələri iki gündür ki, 2017-ci ilin büdcəsini müzakirə edir. 

Bəhruz Səmədov

Вернуться назад