Главная > İdman > 265-ci "El-Klassiko" - "Barselona" - "Real Madrid"

265-ci "El-Klassiko" - "Barselona" - "Real Madrid"


3-12-2016, 17:58.
Xəbər verdiyimiz kimi , bu axşam bütün gözlər İspaniyada olacaq.

Belə ki, illərdir böyük marağa səbəb olan "Barcelona"  -   "Real Madrid" rəqabətinin daha bir matçı bu gecə keçiriləcək. Saat 19-15-də başlayacaq matçı 187 ölkədə eyni sayda telekanalda və 2254 internet televiziyasında canlı yayımlanacaq. İlk dəfə olaraq oyun 4K Ultra HD kameraları ilə çəkiləcək. 

Yayım 37 kamerayla həyata keçiriləcək. İki kamera ayrıca olaraq Luis Enrike və Zidanı diqqət mərkəzində saxlayacaq. Daha 2 kamera isə Cristiano Ronaldo və Messini çəkmək üçün ayrılacaq. Bütün bu avadanlıqları idarə etmək üçün 8 mobil nəzarət bölməsi, 6 peyk yük maşını və 400 KİV personalından istifadə ediləcək.

Oyunu stadiondan izləmək üçün 685 jurnalist qeydiyyatdan keçib. 38 şərhçi matçı stadiondan şərh edəcək. Yerli "La Liqa TV" "El-Klasiko"nun yayımını matçdan 8 saat əvvəl başlayıb. Nüfuzlu Marca və AS nəşrləri bütün səhifələrini bu oyuna həsr edib. 

"Nou Kamp”dakı qarşılaşma rəqiblərin ümumilikdə 265-ci, rəsmi matçlarda 232-ci, Primerada 173-cü duel olacaq. Komandalar ilk dəfə 1929-cu il fevralın 17-də üz-üzə gəlib. Barselonadakı qarşılaşmada "Real” 2:1 hesabı ilə qalib gəlib. Madrid təmsilçisi həm rəsmi matçlarda, həm də çempionat qarşılaşmalarında üstünlüyə malikdir.

Primerada bu üstünlük 4 qələbə və 7 topa bərabərdir. İspaniya Superkuboku və Çempionlar Liqasında da geridə olan "Barselona” yalnız ölkə kubokunda daha yaxşı nəticələrə malikdir. Bütün bunlar sayəsində rəsmi matçlarda 93 qələbəsi olan "Real” 90 dəfə uduzduğu rəqibindən öndədir. Bu görüşlərdəki top fərqi də paytaxt təmsilçisinin tərəfindədir.

"Barselona” yoldaşlıq oyunlarında çox böyük üstünlük qazanıb. Bunun nəticəsində kataloniyalılar ümumi hesabda öndədir. Rəqibindən 10 qələbə çox qazanan barselonalılar 27 qol artıq vurub.//musavat.com//

Вернуться назад