Главная > Ümumi > Türk və yunan liderlər görüşəcək - Danışıqlar

Türk və yunan liderlər görüşəcək - Danışıqlar


3-12-2016, 09:07.

Cənubi Kipr Prezidenti Nikos Anastadiadis və Şimali Kipr lideri Mustafa Akıncı arasında növbəti görüş yanvarın 9-da olacaq.

Bunu jurnalistlərə açıqlamasında BMT Baş katibinin müşaviri Espen Bart Eyde söyləyib. Liderlərin növbəti görüşü Cenevrə şəhərində keçiriləcək. Bundan sonra Kipr məsələsi ilə bağlı danışıqlara zəmanətçi ölkələrin (Böyük Britaniya, Yunanıstan, Türkiyə - red.) qatılması üçün hazırlıq görüləcək.

Qeyd edək ki, Kipr problemi artıq 40 ildən çoxdur mövcuddur. Millətçi yunanların aktivləşməsi və türkləri adadan sıxışdırmaq istəməsi sonradan Ankaranın buna açıq etirazına səbəb olub. 1974-cü ildə Türkiyə Kiprə desant çıxarıb və tezliklə ada iki yerə bölünüb. Adada yaradılan Şimali Kipr Türk Cümhuriyyəti indiyə qədər Türkiyə xaric heç bir dövlət tərəfindən tanınmır.//axar.az//

Uluyol.info


Вернуться назад