Главная > Dünya > Davudoğludan kürdcə çağırış

Davudoğludan kürdcə çağırış


19-12-2015, 23:35.
Davudoğlu kürdcə çağırış etdi
 
Gələcəyimizi oğurlayanlara "Edi bese", yəni "Bəsdir" deyək.
 
Axar.az xəbər verir ki, bu sözləri Türkiyə Baş naziri Əhməd Davudoğlu Beynəlxalq Gənc İş Adamları Konqresindəki çıxışı zamanı deyib.
 
"Gəlin buradan bütün gənclərimizə çağırış edək. Sizi küçələrdə ölümə göndərən şəxslərin oyunlarının qurbanları olmayın. Sizi dağlara, barikadalara, xəndəklərə məhkum edənləri dinləməyin. Qəlblərinizə nifrət toxumu əkənlərə fürsət verməyin. Dövləti düşmən göstərərək gənclərimizin gələcəyini məhv edənlərə "Edi bese", yəni "Bəsdir" deyək. Məscid yandıranlara, xəndək qazanlara, tələ quranlara "Bəsdir" deyək. Bu gün yeni bir səhifə açaq. Dövlət hər zaman gənclərin yanındadır”, - Davudoğlu bildirib.


Вернуться назад