Главная > Islam > Bəsirət gözü belə açılır...

Bəsirət gözü belə açılır...


2-12-2016, 22:01.
"... Rəbbim hər şeyi elmlə (Öz əzəli elmi ilə) ehtiva etmişdir. Məgər düşünüb ibrət almırsınız?” "Quran”, "Davar” surəsi, 80-ci ayə

Bildiyimiz kimi kompyuter insanın alt kopiyası olaraq yaradılıb. Deməli "alt kopiya”da olan bütün imkanlar məntiqlə "üst kopiya”da (insanda) da olmalıdır. Bu məntiqdən çıxış edərək elmi-lədun üsulu ilə tədqiqat apardıq. Əldə etdiyimiz nəticələri diqqətinizə çatdırırıq.

Məhəmməd əleyhissəlamın həyatından bir epizod hamımıza məlumdur ki, ilk vəhyi gətirən Həzrət Cəbrail üç dəfə "Oxu" dedi və hər üçündə eyni cavabı aldı: "Oxuya bilmirəm". Sonra Mələk Peyğəmbəri sıxdı və o, başladı oxumağa.

 Belə bir sual yaranır: anatomik və bioloji cəhətdən bizdən fərqlənməyən bir şəxs sıxılmaqla tanımadığı əlifbanı oxuyursa bu bizdə niyə mümkün olmasın? Bu suala cavab tapmaqda yenə də elmi-lədun köməyimə çatdı.

Diqqətinizi bir məqama yönəldək: bu gün bəşəriyyətin çox hissəsi xarici informasiya mənbəyinə (internetə) çıxmaq üçün gündə neçə dəfə www nöqtələrini sıxırlar.

Araşdırmalarımız zamanı məlum oldu ki, insan bədənində də bəlli üç nöqtə vardır ki, onları hər əlin üç barmağı ilə birləşdirdikdə və bəlli bir duanı (oxu: parolu) dedikdə paralel aləmə (informasiya məkanına) çıxış yaranır. Maraqlıdır ki, bu anda barmaqların (hər əlin üç barmağının) bədənimizdə düzülüşünə baxdıqda "www" formasının yarandığını görürük.
 
Bu halda insanın bəsirət gözü açılır və kainatı bütöv olaraq görə bilir. Yəni, başqalarının adi gözlə görmədiklərini (paralel aləmi, mələkləri...) bəsirət gözü açıldıqdan sonra görmək olur (bu vaxt çiynimdəki mələklərin nurunu ziyarət etməyimi adi sözlə ifadə edə bilmirəm). 

İndi isə, diqqətinizi internetdə hər gün sıxdığımız "@" işarəsinə cəlb etmək istəyirik. Hansı ki, bu işarənin funksiyası informasiyanı (enerjini) ünvanlamaqdan ibarətdir. 

Qeyd edək ki, insan orqanizmində informasiyaya ilk reaksiya verən orqanlar mədə və bağırsaqlardır. Fikir vermisinizmi qorxulu informasiya qəbul edən insanda öncə mədədə spazma yaranır və  bağırsağa ötürür. Beləliklə, insanda sancı yaranır. Elə isə, internetdə mədə-bağırsağın rəngli şəklini tapın və onu "@" işarəsi ilə yanaşı qoyub, baxın. Görəcəksiniz ki, bunlar həqiqətən də, biri-birinin alt kopyasıdır. 

Elmi-lədun araşdırmalarımız zamanı o da məlum oldu ki, insan mədəsinin üzərindəki bəlli nöqtələrə barmaqlarını (yuxarıda qeyd etdiyim kimi) qoyaraq, dua (parol sözlər) oxuyanda ondan ayrılan enerji kainatın istənilən nöqtəsindəki texnikanı (böyüklüyündən aslı olmayaraq) dayandırmaq gücünə malikdir. Amma, bu nöqtələri Allahın icazəsi olmadan istifadə etmək mümkün deyildir.

Deyəcəksiniz ki, bəs onda nə bilirsiz ki, istənilən texnikanı dayandırmaq olur?

Məsələ burasındadır ki, bu nöqtələrdən istifadə edib texnikanı dayandırmaq üçün Rəbbim cəmi bir dəfə icazə verdi (Həqqi-yəqinlik hasil olması üçün). Onda da hədəf yerin cazibəsindən kənarda olan sputnik ötürücü stansiyası oldu. Nəticədə bütün dünyada transliyasiyalar bir dəqiqəlik dayandı.
Bu sirləri mənə öyrədən Neftçala rayon sakini Hacı Xalid Fərəcov 1999-cu ilin dekabrında öz bədənindən (mədə üzərindəki nöqtələrdən) ünvanladığı enerji ilə sputnik stansiyasının fəaliyyətini bir dəqiqəlik dayandırdı. Bu səbəbdən həmin anda Yerdə bütün transliyasiyalar bir dəqiqə dayandı.  Hadisə baş verən gün Yerdəki telekanalların hamısında bu müammalı hadisə xəbər verildi. Amma, heç kəs bunun səbəbini izah edə bilmədi. Bu gün biz bu sirri açdıq ki, insanın hansı imkanlara malik olduğu bəşəriyyətə bəlli olsun. 

Bu anda oxucuda sual yaranacaq ki, bu sətirlərin müəllifi həmin nöqtələrin yerini bilirmi, bunu sınaqdan çıxarıbmı? 

Sualınıza cavab olaraq bildirim ki, bəsirət gözünü açmaqla paralel aləmdəki nuru (olayları icra edən mələklərin nurunu) ziyarət etmək mənim üçün adi haldır və gündəlik istifadə edərək həyatın sıxıntılarından müvəqqəti də olsa azad oluram. O ki, qaldı mədə  üzərindəki  nöqtələri idarə etməyə, bu oyun-oyuncaq deyildir. Belə ki, həmin vaxt insanın enerjisi bir başa  Allahın enerjisi ilə birləşir və kainatın istənilən nöqtəsində istənilən texnikanı dayandırmaq gücündə olur. Allahın izni  olmadan bunu etmək mümkün deyildir. Bu sirləri insanlar bilsələr bundan ancaq fitnə-fəsad törətmək, biri-birlərinə əziyyət vermək məqsədi ilə istifadə edərlər. Necə ki, hazırda ixtira etdikləri texnikaların çoxundan ancaq hərbi məqsədlə istifadə edib günahsız insanları öldürür, yurd-yuvalarını xaraba qoyurlar.
Amma, ola bilər ki, gələcəkdə insanlar kamillik dövrünə çatsınlar və Allah-təala onlara bu nöqtələrdən istifadə etməyə icazə versin. Necə ki, Rəbbim buyurur:

"Qulum elə bir hala gələr ki, Mən onun görən gözü, eşidən qulağı olaram!” (Allah-təala. Qüdsi hədislərdən)

Paşa Yaqub – Yazıçı-psixoloq 
moderator.az

Вернуться назад