Главная > Video xəbər > Bakıda deputatın xidməti maşını ilə “avtoşluq”: “Kimə şikayət edirsənsə et” – VİDEO

Bakıda deputatın xidməti maşını ilə “avtoşluq”: “Kimə şikayət edirsənsə et” – VİDEO


2-12-2016, 16:27.

Bakıda Milli Məclisin deputatlarından birinə məxsus xidməti avtomobil "avtoşluq” edib.

RePost.Az-ın məlumatına görə, noyabr ayının 30-da, səhər saatlarında 10 PA 567 dövlət nömrə nişanlı avtomobil Neftçilər prospekti ilə hərəkətdə olarkən Yol Hərəkəti Haqqında qanunun tələblərini pozub. Sürət həddini, aşıb, digər avtomobilləri qarşı zolağa sıxmaqla qəza şəraiti yaradıb və sair. Avtoxuliqanlıq edən sürücü həm də lüzumsuz yerə yüksək səsli siqnaldan istifadə edərək digər sürücülərin diqqətini yayındırıb. Onun bu hərəkətinə etiraz edəndə isə millət vəkilinin sürücüsü kobud tərzdə heç kimdən qorxmadığını bildirib. "Kimə şikayət edirsənsə et”, – deyərək yüksək sürətlə uzaqlaşıb.

  Uluyol.info həmin videogörüntüləri təqdim edir:

 


Вернуться назад