Главная > Cəmiyyət > Müsavatçı xanım polisə aparıldı – YENİLƏNİB

Müsavatçı xanım polisə aparıldı – YENİLƏNİB


2-12-2016, 15:57.

Bu gün səhər saatlarında Müsavat Partiyasının Məclis üzvü Raymonda Əliyeva polisə aparılıb.

Partiyadan "Basta”ya verilən məlumatda bildirilir ki, polis əməkdaşları onun evinə gələrək 35-ci polis bölməsi rəisinin onu çağırdığını bildiriblər. Raymonda Əliyevanın telefonu söndürülüb. Onun əvvəlcə polisə aparıldığı bildirilir. Daha sonra polis əməkdaşları onunla birgə evinə gedərək, kompüterini götürüblər.

Raymonda Əliyevanın polisin nəzarəti altında olduğu, yenidən polis bölməsinə aparılacağı bildirilir.

Raymonda Əliyevanın saxlanması ilə əlaqədar Müsavat Partiyası bəyanat yayıb.

Bəyanatda deyilir:

"Bu gün səhər saatlarında Müsavat Partiyasının fəal üzvü Raymonda Əliyeva Xətai rayon Polis İdarəsinin 35-ci polis bölməsinə çağırılıb. Oradan Xətai rayon Polis İdarəsinə aparılıb. Polis İdarəsində bir neçə saat saxlanıldıqdan sonra polislə birgə yaşadığı mənzilə gedib və ona məxsus noutbook müsadirə edilərək, araşdırılma üçün Polis İdarəsinə gətirilib.

Müsavat Partiyası bu hadisəni insan haqlarının pozulması, Müsavat Partiyasına və müxalifətə qarşı təzyiq kampaniyasının davamı kimi qiymətləndirir. Raymonda Əliyevaya qarşı qanunsuz hərəkətlərin dərhal dayandırılmasını tələb edir”.

***

14:00

Raymonda Əliyevanın harada saxlandığı bilinmir

"35-ci bölməyə Raymonda Əliyeva adlı xanım gətirilməyib”, – bunu "Basta” əməkdaşının sualına cavab olaraq, bölmənin növbətçi hissəsindən baş leytenant Gülamin Quliyev deyib.

Müsavatın Məclis üzvü Kəmalə Bəhlulova isə deyir ki, Raymonda Əliyeva təqribən iki saat ərzində bölmədə olduqdan sonra polislə birgə buradan aparılıb.

"Bizə dedilər ki, evə kompüteri götürməyə gedirik, qayıdacayıq. Özümüz də onlarla birgə getmək istəyirdik, polis əməkdaşları imkan vermədilər. Kompüter götürüldükdən sonra öyrəndik ki, onu Xətai polis idarəsinə aparıblar”, – Kəmalə Bəhlulova deyib.

Xətai Rayon polis idarəsinin növbətçi hissəsi ilə də əlaqə saxladıq. İdarənin əməkdaşı Elbrus Vəliyev Raymonda Əliyevanın idarəyə gətirilmədiyini dedi. 

***

15:00

Müsavat başqanının müavini Fərəc Kərimli, Məclis üzvü Kəmalə Bəhlulova, MGT sədri Əbülfəz Qurbanlı və digər müsavatçılar Xətai polis idarəsinin önündədirlər. Burada polis əməkdaşları Raymonda Əliyevanın idarədə olduğunu qeyri-rəsmi olaraq təsdiqləyiblər. 

Bastainfo.com


Вернуться назад