Главная > Mədəniyyət > Nobel mükafatçısı Trampın qələbəsinə görə “qrin-kart”ını cırıb atıb

Nobel mükafatçısı Trampın qələbəsinə görə “qrin-kart”ını cırıb atıb


2-12-2016, 10:15.

Nigeriyalı yazıçı və Ədəbiyyat üzrə Nobel mükafatı laureatı Vole Şoyinka ABŞ-da keçirilmiş prezident seçkilərində Donald Trampın qələbə qazanmasına etiraz əlaməti olaraq ABŞ-da yaşamaq imkanı verən "qrin-kart”ını cırıb atıb.

82 yaşlı V.Şoyinka, həmçinin ABŞ-da yaşamaq imkanından imtina etdiyini açıqlayıb.

O, uzun illər ərzində Sarmaşıq Liqasına (The Ivy League) daxil olan ABŞ-ın qədim universitetlərində dərs deyib. V.Şoyinka hələ seçkilərdən əvvəl D.Trampın qələbə qazanacağı təqdirdə ABŞ-ı tərk edəcəyinə söz vermişdi.

Cənubi Afrikada keçirilən Təhsil Konfransında yazıçı artıq özünü ABŞ-da rahat hiss etmədiyini bildirib.

Qeyd edək ki, nigeriyalı yazıçı Ədəbiyyat üzrə Nobel mükafatını 1986-cı ildə alıb və bu mükafata sahib çıxan ilk afrikalı yazıçı olub.

(report)



Вернуться назад