Главная > Müsahibə > Nigar Həzi: "Sözsüz ki, Seymur Həzi ilə bərabər mübarizə aparacağıq"

Nigar Həzi: "Sözsüz ki, Seymur Həzi ilə bərabər mübarizə aparacağıq"


1-12-2016, 15:39.

"Amerikada kimin seçilməsindən asılı olmayaraq, həmişə öz demokratiya standartlarına sadiq qalır


 Müsavat Partiyasının fəalı Nigar Həzi ilə Amerikadakı son seçkilər və ölkədəki prosesləri müzakirə etdik:


 -Müxalifətçinin övladı mütləq müxalifətçi olmalıdır?


 Düşünmürəm ki, müxalifətçinin övladı mütləq müxalifətçi olmalıdır. Sadəcə olaraq biz elə bir Azərbaycanda yaşayırıq ki, orada diktaturaya qarşı etiraz etməmək mümkün deyil. Sözsüz ki, müxalifətçi bir ailədə göz açmağın da bir az təsiri var. Ancaq ümumilikdə götürsək, sırf elə yanaşma doğru deyil. İndiki durumda- bu qədər təzyiqin, qorxunun, həbslərin, təhdidlərin qarşısında müxalifət bacardığı qədər ayaqda durur, fəaliyyət göstərir. Əlbəttə ki, fəaliyyət əvvəlki dövrlərdəki kimi deyil. Artıq Əliyev rejimi də əvvəlkindən daha azğındır.


 -Trampın hakimiyyəti dünya və Azərbaycana nə vəd edir və müxalifətimiz sizcə, niyə Hillari Klintonu müdafiə edirdi?


 Amerika ilə bağlı məsələyə gəldikdə, Amerika dünyanın super güc dövlətidir. Orada gedən prosseslər həmişə dünya ölkələrinin diqqətində olur, həmçinin də Azərbaycanın. Məncə, orada kimin seçilməsindən asılı olmayaraq, Amerika həmişə öz demokratiya standartlarına sadiq qalır. Despotizmə, diktaturaya qarşı münasibət dəyişməz qalacaq. Azərbaycanda da Əliyev diktaturası hökm sürrdüyü üçün hakimiyyətə münasibət birmənalı olacaq. HilariKlintonun seçki öncəsi fəaliyyətinə nəzər salsaq, görərik ki, həmişə öz kəskin nitqləri ilə diqqətdə qalıb. Ona görə də onun seçilməsini daha çox insan istəyirdi. Amerikanın prezidenti olması isə demokratiya gözləyən ölkələr üçün daha da ümid yaradacaqdı. Ancaq bu o demək deyil ki, Tramp demokratiya prinsiplərindən vaz keçəcək. Bizim üçün əsas Amerika hökumətinin mövqeyidir.


 -Müsavat Partiyasının Gənclər Təşkilatının fəalı kimi gələcək fəaliyyətinizi davam etdirəcəksinizmi?


 Əlbəttə ki, qaldığımız yerdən mübarizəyə davam edəcəm. Ta ki, ölkədəki diktatura rejimi gedənə kimi. Bu mübarizədə sözsüz ki, Seymur Həzi ilə bərabər mübarizə aparacağıq".

 

Elşən, uluyol.info


Вернуться назад