Главная > Ümumi > Putin 34 yaşlı bu gənci nazir təyin etdi

Putin 34 yaşlı bu gənci nazir təyin etdi


30-11-2016, 22:07.
Rusiya prezidenti Vladimir Putin maliyyə nazirinin müavini Maksim Oreşkinə İqtisadi İnkişaf Nazirliyinə rəhbərlik etməyi təklif edib.

Trend-in verdiyi məlumata görə, M.Oreşkin dövlət başçısının təklifini qəbul edib.

Beləliklə, 34 yaşlı M.Oreşkin cari Nazirlər Kabinetində ən gənc nazir olub.

O, 2015-ci ilin martından maliyyə nazirinin müavini vəzifəsində çalışıb.

Xatırladaq ki, 2 milyon dollar məbləğində rüşvət almaqda ittiham olunan Rusiyanın sabiq iqtisadi inkişaf naziri Aleksey Ulyukayevə qarşı ötən ay cinayət işi açılıb.


Вернуться назад