Главная > Region > Laçın Məşğulluq idarəsinə korrupsiya ittihamı-ŞİKAYƏT

Laçın Məşğulluq idarəsinə korrupsiya ittihamı-ŞİKAYƏT


30-11-2016, 16:16.

Laçın rayon Məşğulluq idarəsinin müdiri Balay Bəndəliyev haqqında son günlər KİV-də şikayət məktubları dərc olunmaqdadır.Uluyol.info-nun elektron ünvanına Həsənzadə Samir Əsəd oğlu tərəfindən daxil olan şikayət mətnin təqdim edirik:

”Laçın rayonunda bir çox idarə müəssisələrində qanun pozuntusuna yol verilir. Bu idarələrin içində özünə arxayın müdir isə Balay Bəndəliyevdir. B. Bəndəliyev elə hesab edir ki, məşğulluq idarəsi onun biznes sahəsidir.

Təssəvür edin ki, Baki, Sumqayıt, Abşeron və digər şəhər və rayonlarda yaşayan Laçın rayonundan olan məcburi köçkünlərin adına pul yazıb əlli-əlliyə bölüşür.Özü isə şəxsi biznesini artırıb, Sumqayıt şəhərində villa tikdirməklə məşğuldur.

Qarabağ əlilinin oğlu müəyyən səbəblərdən işdən çıxmış və məşğulluq idarəsinin müdiri B.Bəndəliyevə müraciət etmişdir. Bəndəliyev iş pulunun əlli-əlliyə alınacağını bildirmişdir.Bu səbəbdən Qarabağ əlilinin oğlu iş pulunu almamışdır.Bu hal başqa Laçın sakinlərinində başına gəlib.

Balay Bəndəliyevin bu əməlləri Laçınlıları dövlətə qarşı çıxarır. Habelə, Neft şirkətində işdən azad olunanların da adına pul yazaraq mənimsəyir.

Görəsən Azərbaycan hökümətinin bu rüşvətxor məmurdan xəbəri varmı? "


Qarşı tərəfə də söz haqqı tanıyırıq.

Uluyol.info



Вернуться назад