Главная > İdman > “Qarabağ” - “Qəbələ” matçından sonra mübahisə olub

“Qarabağ” - “Qəbələ” matçından sonra mübahisə olub


30-11-2016, 00:31.
Azərbaycan Premyer Liqasında XIII turun "Qarabağ" - "Qəbələ" matçından sonra qonaq komandanın paltardəyişmə otağında mübahisə düşüb.

"Report"un məlumatına görə, oyunu "Azərsun Arena"dan izləyən Peşəkar Futbol Liqasının (PFL) prezidenti Ramin Musayev də paltardəyişmə otağına yollanıb. "Qəbələ"nin futbolçusu Cavid Hüseynov PFL prezidentinə baş hakim Rəhim Həsənovun qərarları ilə bağlı iradlarını bildirib.

Qeyd edək ki, "Qarabağ" hesabda 0:1 geridə olduğu matçda 2:1 hesabı ilə qalib gəlib.


Вернуться назад