Главная > Region > İcra başçısı həbsdə olan jurnalistdən xüsusi ittiham qaydasında şikayət edib-FOTO

İcra başçısı həbsdə olan jurnalistdən xüsusi ittiham qaydasında şikayət edib-FOTO


29-11-2016, 22:10.

Jurnalist Araşdırma Mərkəzinin direktoru, həbsdə olan jurnalist Fikrət Fərəməzoğlu barəsində Masallı rayon icra başçısı tərəfindən xüsusi ittiham qaydasında şikayət edilib.

Uluyol.info jurnalistin vəkili Elçin Sadıqovun "facebook" hesabında paylaşdığı yazını təqdim edir:

"Masallı rayon icra hakimiyyətinin başçısı Rafil Hüseynov Fikrət Fəraməzoğlundan xüsusi ittiham qaydasında Masallı Rayon Məhkəməsinə şikayətlə müraciət edib. Rafil Hüseynov Fikrət Fəraməzoğlunu CM-nin 147.2-ci maddəsində nəzərdə tutulan yalan olduğunu bilə-bilə ağır və ya xüsusilə ağır cinayətdə ittiham etməklə böhtan atmaqda ittiham edir.

Fikrət Fəraməzoğlu bildirdi ki, xüsusi ittiham qaydasında şikayət tamamilə əsassızdır və Rafil Hüseynovun oğlu BDYPİ-də işlədiyi üçün BMCMİ-nin göstərişi ilə bunu edir. Məqsəd onun (Fikrət Fəraməzoğlunun) yazdığı yazılara 

görə daha çox cəzalandırılmasına nail olmaqdır".

 

 

 

 

 

 


 

 

 

 

 

 


 


 

 

 

Uluyol.info



Вернуться назад