Главная > Türk Dünyası > Bakıda "Kərkük Gecəsi" keçiriləcək

Bakıda "Kərkük Gecəsi" keçiriləcək


29-11-2016, 20:08.
Noyabrın 30-da saat 14:30-da paytaxtın Neftçilər metrosunun yaxınlığında yerləşən Xudafərin şadlıq sarayında İraq və Suriyada yaşayan türkmən soydaşlarımıza mənəvi dəstək məqsədilə "Kərkük Gecəsi " keçiriləcək. 

Tədbirlə bağlı ayrı–ayrı ictimai-siyasi təşkilat təmsilçiləri tərəfindən təsis olunan "Kərkük Harayı" soydaşlarımıza yardım kampaniyasının Əlaqələndirmə Mərkəzinin üzvü Rüfət Muradlı məlumat verib. R.Muradlıdan aldığımız məlumatda bildirilir ki, tədbirdə əsasən milli dəyərlərə biganə qalmayan sənətçilər və söz ustalarının çıxışları olacaq. 

 "Biz toplum olaraq bu gün Türkmən elində, özəlliklə Kərkük və Mosulda baş verənlərə səssiz qala bilmərik. Ona görə də bu gecənin keçirilməsinin vacib olduğunu düşündük. "Kərkük Gecəsi"nə giriş sərbəstdir və arzu edənlər iştirak edə bilərlər. Soydaşlarımızın taleyinə laqeyd olmayan hər kəsi bu gecəyə dəvət edirik"- deyə əlavə edib.
 
 
Uluyol.info

Вернуться назад