Главная > Dünya > Kolumbiyada təyyarə qəzasında ölənlərdən 20-si jurnalistdir

Kolumbiyada təyyarə qəzasında ölənlərdən 20-si jurnalistdir


29-11-2016, 22:35.
Kolumbiyada təyyarə qəzasında ölənlərdən 21-i jurnalistdir.
 
APA-nın "RİA Novosti”yə istinadən verdiyi xəbərə görə, bu barədə Braziliya Milli Jurnalistlər Federasiyasının yaydığı açıqlamada bildirilir.
 
"Ölən jurnalistlərin əksəriyyəti Rio-de-Janeyro, Santa Katarina və San Pauludandır, matçı işıqlandıracaq TV, radio və qəzetləri təmsil edən idman jurnalistikasının peşəkarları həlak olub”, - deyə açıqlamada bildirilir.
 
Qeyd edək ki, göyərtəsində Kolumbiyanın "Atletiko Nasional” klubu ilə oyuna yollanan Braziliyanın  "Şapekoense” futbol komandasının olduğu təyyarənin qəzaya uğraması nəticəsində 75 nəfər ölüb, 6 nəfər sağ qalıb. Sağ qalanlardan üçü futbolçudur. 

Вернуться назад