Главная > Səhiyyə > Göz yorğunluğunu aradan qaldıran RESEPT

Göz yorğunluğunu aradan qaldıran RESEPT


29-11-2016, 22:54.

Gün ərzində saatlarla kompüter arxasında otururuq. Bundan ən çox zərər görən və yorulan orqan gözlərimiz olur. Gözləri dincəltməyin bir yolu idman hərəkətləridirsə, digər yolu da göz kompresidir. Uluyol.info lent.az-a istinadən gözləri dincəldən kompres reseptini təqdim edir.

Ərzaqlar:
 
1 çay qaşığı çobanyastığı
 
1 çay qaşığı yaşıl çay
 
2-3 damcı gül suyu
 
2 ədəd buz
 
1 stəkan su
 
 
Hazırlanması:
 
Yaşıl çay və çobanyastığını 1 stəkan qaynamış suda 5 dəqiqə saxlayın. İlıq olduqdan sonra süzüb içinə gül suyu və buz əlavə edin. Əldə etdiyiniz qarışıma makiyaj pambığını batırıb gözlərinizin üzərinə qoyun. 10-15 dəqiqə gözləyin. 15 dəqiqə sonra gözlərdəki rahatlığa inanmayacaqsınız.
 
Hər gün istifadə edə bilərsiniz.

 

Uluyol.info


Вернуться назад