Главная > Təhsil > Sumqayıtın yeni təhsil şefi barədə şok məlumat: 35 min manata alınan elmi ad və dünyanın tanınmış alimi...

Sumqayıtın yeni təhsil şefi barədə şok məlumat: 35 min manata alınan elmi ad və dünyanın tanınmış alimi...


28-11-2016, 23:06.
Bu gün Sumqayıt Təhsil Şöbəsinə yeni müdir təyin olunub. 

Təhsil şöbəsinin vəzifədən azad edilən müdiri Ruhiyyət Tağıyevanın fəaliyyəti haqqında uzun müddət idi ki, neqativ informasiyalar dolaşırdı. Onun Sumqayıt təhsilinə rəhbərlik etdiyi zamandan mövcud olan davamiyyətsizliyin və digər mənfi halların daha da inkişaf etdiyi deyilirdi.

Qlobal.az-ın əldə etdiyi məlumata görə Sumqayıt Təhsil Şöbəsinə Nizami Namazovun müdir təyin olunması heç də birmənalı qarşılanmayıb. Qeyd edək ki, Nizami Namazov Sumqayıt Təhsil Şöbəsinə müdir təyin olunmamışdan öncə Sumqayıt Dövlət Universitetinin humanitar məsələlər üzrə prorektoru vəzifəsində çalışıb. 6 ilə yaxın müddətdə universitetdə prorektor (əvvəl təlim tərbiyə işləri üzrə) işləyən Nizami Namazovun pedoqoji fəaliyyəti barədə bir sıra mənfi fikirlər iddia olunur. İddialara görə Nizami Namazov təhsilin müasir standartlarından bixəbər və korrupsiyaya meylli şəxsdir.

Saytımızın əməkdaşı internet üzərində apardığı araşdırmalar zamanı Nizami Namazov haqqında ilginc məlumatlara rast gəlib. Məlumata görə, 2008-ci ildən SDU-da işləyən Nizami Namazov fəaliyyətinin 5 ili tamam olmamış Universitetin 50 illiyi münasibəti ilə "Tərəqqi” medalına sahib olub. Universitetde 30-40 il əməyi olan pedaqoqlar isə təltiflərdən kənarda qalıb. Məlumatda iddia olunur ki, Nizami Namazovun sürətlə elmi titullaşmasına səbəb onun böyük biznesə sahib olmağı və yüksək vəzifələrdə çalışan yaxın dostlarının olmasıdır. Onun dostlarının ölkənin ən böyük nazirliklərində müavin vəzifələrində çalışdıqları deyilir.
 
Araşdırmamız zamanı Nizami Namazovun hətta (biologiya elmləri üzrə) fəlsəfə doktoru elmi adını 35 min manata aldığına da rast gəldik.

Bütün bunlarla yanaşı Sumqayıt Təhsil Şöbəsinin rəhbərliyində edilən dəyişikliyin müsbət nəticə verəcəyinə ümid edən insanlar da az deyil. Sumqayıt şəhərində yaşamasına və müxtəlif məktəblərdə, liseylərdə 1990-cı ildən 2006-cı ilədək müəllim kimi çalışmasına görə Nizami Namazovun qısa müddət ərzində Sumqayıt təhsilində ciddi uğur qazanacığa ümid edənlər də kifayət qədərdir.

Qeyd edək ki, Nizami Namazov 1963-cü ildə Sumqayıt şəhərində anadan olub. 1986-cı ildə indiki BDU-nun bioloq, biologiya və kimya müəllimi ixtisasları üzrə bitirmişdir. 2006-cı ildən AMEA-nın Mikrobiologiya İnstitutunda elmi fəaliyyətə başlamış və 2010-cu ildə həmin institutun dissertantı kimi "Azərbaycanın müxtəlif biotoplarından ayrılmış mikromisetlərin proteolitik aktivliyi” mövzusunda dissertasiya işi müdafiə etmiş, nəticədə biologiya üzrə fəlsəfə doktoru elmi dərəcəsi almışdır. Hazırda yuxarıda adı çəkilən institutun qiyabi şöbə üzrə doktoranturasında elmlər doktorluğu adı almaq üçün elmi iş üzərində çalışır. 6 dərs vəsaitinin, 1 izahlı biologiya lüğətinin, 1 test kitabının, 2 tədris proqramının, ölkəmizdə və xaricdə nəşr olunan 35-dən çox elmi məqalə və tezislərin, həmçinin ölkəmizin qəzet və jurnallarında dərc olunmuş bir sıra publisistik məqalələrin müəllifidir. Bir ixtirasının müəllifi kimi Avroasiya patenti almışdır.
 
2016-cı ildə ABŞ-ın Biblioqrafiya İnstitutu tərəfindən dünyanın tanınmış alimləri sırasına daxil edilmişdir.//qlobal
 
 
Uluyol.info

Вернуться назад