Главная > Aktual > Pərviz Müşərrəfin həbsinə order verildi

Pərviz Müşərrəfin həbsinə order verildi


28-11-2016, 22:39.
Pakistanın Bəlucistan əyalətinin məhkəməsi ölkənin sabiq prezidenti Pərviz Müşərrəfin həbsinə order verib. O, 2006-cı ildə əyalət millətçilərinin lideri Akbar Buqtinin ölümündə ittiham edilir.

Axar.az xəbər verir ki, bu ittiham üzrə məhkəmə cari ilin yanvar ayında Pərviz Müşərrəfə bəraət vermişdi. Bundan sonra A.Buqtinin oğlu Camil Buqti apelyasiya şikayəti edib və yenidən sabiq prezidentin həbsinə order verilib.

Pərviz Müşərrəf Dubayda yaşadığından məhkəməyə qədər onun saxlanılması haqqında hələlik heç nə deyilmir.

Xatırladırıq ki, Akbar Buqti əyalətin tanınmış siyasətçisi olub, ayrı-ayrı vaxtlarda qubernator, nazir və digər yüksək vəzifələr tutub. O, əyalətə yüksək muxtar status verilməsinin tərəfdarı idi.

Вернуться назад