Главная > Aktual > “Qan davası lazımdır” – Ramzan Kadırov

“Qan davası lazımdır” – Ramzan Kadırov


28-11-2016, 17:52.
Çeçenistan dövlət başçısı Ramzan Kadırov hesab edir ki, qan davası qətllərin qarşısını almaq üçün düşünülüb.

Avropa.info xəbər verir ki, o, bu barədə TASS agentliyinə müsahibəsində deyib:
"Bizdə, Çeçenistanda həmişə belə olub. Ağsaqqallar yığışırdı və özləri bir il üçün qərar çıxarırdılar. Heç kəs də qərardan şikayət edə bilməzdir. Sadəlövh adamlar düşünür ki, qan davası öldürmək üçün lazımdır. Əksinə! Onlar bunu qətllərin qarşısını almaq üçün fikirləşiblər. Kiməsə əl qaldırmazdan əvvəl yaxşı-yaxşı fikirləşirsən, hansı cəza gələcək və onu kim çəkəcək”.

Onun sözlərinə görə, kollektiv məsuliyyət intizama yaxşı təsir göstərir.
"Oğlanlarım bilir. Biri səhv etdisə, hamı cavab verir. Bu üzdən bir-birilərinə nəzarət edirlər, axmaqlıqdan qoruyurlar. Qardaş köməyinin əsl mənası da bundadır. Ailə də möhkəmlənir, ittifaqları möhkəm edir” Kadırov belə deyib.

Вернуться назад