Главная > Aktual > Almaniyada aksiya: Bizə ancaq Ərdoğan yardım edir

Almaniyada aksiya: Bizə ancaq Ərdoğan yardım edir


27-11-2016, 21:20.
Almaniyanın Düsseldorf şəhərində Hələbdə yaşayış yerlərinə hava hücumları edildiyi üçün etiraz aksiyası təşkil edilib.

Axar.az xəbər verir ki, etiraz aksiyasında Suriyada ölən uşaqlar və məsum insanlar anılıb, bu zülmə səssiz qalan qərb ölkələri qınanılıb. Nümayişçilərdən Motasem Cesri Hələbdə baş verən qətliamların dəhşətini az da olsa Almaniyaya və avropalılara hiss etdirmək məqsədi ilə sözügedən aksiyanı təşkil etdiklərini qeyd edib:

"Ölkəmizdə xəstələr və yaralıların müalicə edildiyi xəstəxanalar bombalanır, xlor qazları və kimyəvi silahlardan istifadə edilir. Qatil Əsəd rejimini və ona dəstək verən ölkələri qınayırıq.

Orada insanlar ac-susuz yaşayır, dərman tapılmır. Bizə Türkiyədən və Ərdoğandan başqa dəstək verən yoxdur. 3 milyon yarım qaçqın Türkiyədə məskunlaşıb və bir ölkənin səyi bəs etmir. Biz Almaniya və Amerika başda olmaqla, bütün Qərb ölkələrini insanlıq üçün yardıma çağırırıq. Əsədin bəzi ölkələrdən dəstək aldığı üçün getmək fikri yoxdur. O, hər gün yüzlərlə insanı qətlə yetirir. Bu gedişata tez bir zamanda "dayan” deyilməlidir”.

Sərt hava şəraitinin olmasına baxmayaraq, etiraz aksiyası 2 saat davam edib.

Вернуться назад