Главная > Region > Bakıda etiraz aksiyası keçirildi

Bakıda etiraz aksiyası keçirildi


27-11-2016, 22:47.
Paytaxtın "Motodrom” ərazisində yaşayan sakinlər etiraz aksiyası keçiriblər.

Azadliq.info-nun məlumatına görə, etirazçılar evlərinin müqabilində onlara veriləcək məbləğin artırılmasını, evlərinin sahəsinin düzgün hesablanmasını tələb edirlər.

Ərazidə tikilən metrostansiyasına görə evlərin sökülməsinə qərar verilib, 66 evin sökülməsi gözlənilir.

Sakinlər deyirlər ki, söküntünü «Bakı Metropoliteni» QSC həyata keçirir.

Metropolitenin rəhbərliyindən dəfələrlə onlara yaşadıqları evləri boşaltmaq tapşırılıb, amma qiymətdə razılıq olmadığından sakinlər evlərindən çıxmaq istəmirlər.

Вернуться назад