Главная > Ümumi > İsraildən Türkiyəyə təşəkkür

İsraildən Türkiyəyə təşəkkür


27-11-2016, 21:30.

İsrail Prezidenti Reuven Rivlin ilə türkiyəli həmkarı Rəcəb Tayyib Ərdoğanda arasında telefon danışığı baş tutub.

Bu barədə Türkiyə Prezident Administrasiyası məlumat yayıb.

Telefon əlaqəsi zamanı İsrail lideri yanğınlarda Türkiyə tərəfindən göstərilən yardıma görə Ərdoğana təşəkkürü bildirib.

Qeyd edək ki, bir neçə gün əvvəl Qüdsdə başlayan yanğınlar qısa zamanda 13 nöqtəyə yayılmışdı.//axar.az


Вернуться назад